Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

İtaliya öz limanlarını miqrantlara bağlaya bilər

İtaliyada qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün “qapalı liman” siyasətinin tətbiqinə qayıdış gündəmdədir.

AZƏRTAC xəbər verir ki, İtaliyanın yeni daxili işlər naziri Matteo Piantedosi Aralıq dənizində xilasetmə əməliyyatları həyata keçirən qeyri-hökumət təşkilatlarına məxsus iki gəminin qaydalara uyğun hərəkət etmədiyini bildirib. Nazir Norveç bayrağı ilə üzən “Ocean Viking” və Almaniya bayrağı ilə üzən “Humanity 1” gəmilərinin Aralıq dənizində sərhəd təhlükəsizliyi və nəzarəti, eləcə də qeyri-qanuni immiqrasiya ilə mübarizəyə dair beynəlxalq və İtaliya qanunvericiliyinə əməl etmədikləri ilə bağlı qərar imzalayıb. Bu gəmilərin İtaliya sularına girişinə qadağanın tətbiqinin nəzərdən keçirildiyi qeyd olunub.

Hazırda “Ocean Viking” gəmisində 202, “Humanity 1” gəmisində isə dənizdən xilas edilən təxminən 180 miqrant var.

İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bu ölkəyə dəniz yolu ilə gələn qeyri-qanuni miqrantların sayı 79 min 208 nəfərə çatıb.

Xatırladaq ki, 2018-2019-cu illərdə İtaliyada “qapalı liman” siyasəti həyata keçirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır