Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

Minayabənzər obyektə görə ərzaq daşıyan gəmilər Ukrayna limanlarını tərk etməyib

Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində yaradılan dəniz humanitar dəhlizində minayabənzər obyektin yoxlanılması ilə əlaqədar çərşənbə günü ərzaq daşıyan quru yük gəmiləri Ukrayna limanlarını tərk edə bilməyib.

Ordu.az xəbər verir ki, bu barədə İstanbul Koordinasiya Mərkəzindən bildiriblər.

"Oktyabrın 26-da dəniz humanitar dəhlizi üzrə Ukrayna limanlarından ərzaq daşıyan heç bir yük gəmisi yola düşməyib", - deyə qeyd olunub.

Bildirilib ki, bundan əvvəl minaya bənzəyən şübhəli obyektin olub-olmadığını yoxlamaq üçün dəniz dəhlizinə bir yedək gəmisi və axtarış-xilasetmə gəmisi göndərilib:

"Yoxlamanın nəticələri Koordinasiya Mərkəzinə göndərilib. Yoxlama zamanı mina aşkar edilməməsinə baxmayaraq, riskləri azaltmaq üçün Mərkəz oktyabrın 27-də gəmiləri müşayiət etmək üçün yedək gəmisinin göndərilməsinə qərar verib".


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır