Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

Dəniz sərhədini keçən Şimali Koreya gəmisinə görə Cənubi Koreya xəbərdarlıq atəşi açıb

Şimali Koreya Sarı dənizdə Cənubia Koreya ilə dəniz sərhədini keçib. Bundan sonra Cənubi Koreya bir neçə xəbərdarlıq atəşi açıb.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya hərbçilərinə istinadən xəbər verib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsindən bildiriblər ki, səhər tezdən Şimali Koreya gəmisi Cənubi Koreyanın Pennyodo adası yaxınlığında Sarı dənizdə sərhəd xəttini keçib, lakin Cənubi Koreya Hərbi Dəniz Qüvvələri bir sıra xəbərdarlıq atəşi açdıqdan sonra şimala doğru yönəlib.

Koreya Mərkəzi Teleqraf Agentliyi Koreya Xalq Ordusunun Baş Qərargahına istinadən xəbər verib ki, Cənubi Koreya hərbçilərinin hərəkətlərinə cavab olaraq, KXDR çoxsaylı reaktiv raket sistemlərindən (MLRS) 10 mərmi atıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır