“Mitsubishi” şirkəti neft-qaz layihəsində payını saxlayıb
Yaponiyanın “Mitsubishi” şirkəti “Saxalin-2” neft-qaz layihəsində payını saxlayıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonun fikrinə görə, “Saxalin-2” neft-qaz layihəsində Yaponiyanın “Mitsui” və “Mitsubishi” şirkətlərinin iştirakı ölkənin enerji sabitliyi üçün mühüm əhəmiyyətə malikdir.
Xatırladaq ki, layihənin yeni operatoru olan “Saxalin enerji” MMC avqustun 5-də qeydiyyata alınıb. “Saxalin enerji” MMC-nin nəzarət paketi (50 faiz +1 səhm) “Qazprom”a, 27,5 faizi Britaniyanın “Shell” şirkətinə, 12,5 faizi “Mitsui” və 10 faizi isə “Mitsubishi” şirkətlərinə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır