Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Şahdəniz Bravo” platformasından hasilat üçün 14 quyu qazı

“Şahdəniz Bravo” platformasından hasilat üçün 14 quyu qazılıb. Bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, bu ilin ikinci rübündə “Şahdəniz Alfa” platformasında “SDA11” quyusunda qazma işləri bitib və hazırda bu quyuda tamamlanma işləri həyata keçirilir. İstiqlal qazma qurğusu “SDD04” quyusunu tamamlayıb və sınaqdan keçirib, daha sonra isə “SDG04” quyusunda tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu “SDH02” quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirib. Bu iki qurğu “Şahdəniz Bravo” platformasından hasilat üçün artıq 14 quyu qazıb. Bunlardan yatağın şimal və qərb cinahlarının hər birində 4 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır