Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-06,
Seanews
Heyder Eliyev

BP “Şahdəniz”də planlaşdırılan profilaktik işlər proqramı haqqında məlumat verib

BP “Şahdəniz” yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verib ki, “Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz Alfa” platformasında və Səngəçal terminalındakı “Şahdəniz 1” qurğularında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilməyə başlayıb.

BP-dən bildirilib ki, plana əsasən “Şahdəniz Alfa” platformasından hasilat 2022-ci il avqust ayının 14-dən başlayaraq 14 gün ərzində dayandırılır ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin.

Proqram çərçivəsində Səngəçal terminalının “Şahdəniz 1” hissəsində vacib təhlükəsizlik avadanlıqlarının qabaqlayıcı profilaktikası və yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), monoetilen qlikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və sair kimi profilaktik əməliyyatlar və yoxlamalar həyata keçiriləcək. Paralel olaraq, “Şahdəniz Alfa” platformasında da müxtəlif təmir işləri, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), nukleonik mənbələrin dəyişdirilməsi, üç mürəkkəb ventil avadanlığının dəyişdirilməsi və sair kimi layihə işləri görüləcək.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına ötən ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər cari ilin illik iş proqramı və büdcəsinə daxil edilib. “Alfa” platformasının müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil olunub.

Proqram müddəti ərzində “Şahdəniz Bravo” platforması və ümumilikdə “Şahdəniz 2” hasilat və ixrac sistemi, Səngəçal terminalındakı “Şahdəniz 2” qurğuları normal əməliyyatlarını o cümlədən regional və Avropa bazarlarına qaz təchizatını davam etdirəcək.

Həmçinin “Azəri-Çıraq-Günəşli” (AÇG) platformalarının hamısından – “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Çıraq”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” paltformalarından hasilat, Səngəçal terminalının AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin “Bakı-Tbilisi-Ceyhan” vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.

Bu planlaşdırılan proqramlar müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır