Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

Şahdəniz” konsorsiumu: Bolqarıstan 2020-ci ildə Azərbaycan təbii qazını ala bilə

Bolqarıstan 2020-ci ildə ilk Azərbaycan təbii qazını ala biləcək. Bu barədə ölkənin energetika naziri xanım Temenujka Petkovanın “Şahdəniz” konsorsiumunun nümayəndələri ilə görüşündə danışılıb. Nazir son aylarda Azərbaycanın “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazı Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece-Bulgaria (IGB) layihəsi üzrə işlərin intensivləşdiyini deyib: “Bu layihə hökumət üçün əsas prioritetdir”. “ICGB” şirkəti artıq İnnovasiya və rəqabətə əsaslanan əməliyyat proqramı çərçivəsində benefisiardır ki, bu da bizə layihə çərçivəsində 39 milyon avro məbləğində əlavə maliyyələşdirməni tətbiq etməyə imkan verir. Hazırda interkonnektorun tikintisi üzrə tender elan edilib. Bütün işlərin qrafik üzrə həyata keçirilməsində maraqlıyıq. 2020-ci ildə Yunanıstan-Bolqarıstan qaz şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi planlaşdırılır”, – deyə o əlavə edib. “Şahdəniz” konsorsiumunun nümayəndələri isə nazirə məlumat verib ki, “Şahdəniz-2” yatağından təbii qaz hasilatı üzrə işlər sürətlənir. Onlar əmin olduqlarını bildiriblər ki, 2020-ci ildə Bolqarıstan ilk Azərbaycan təbii qazının ala biləcək. Azərbaycan Bolqarıstanın regionda enerji təhlükəsizliyi sahəsində fəaliyyətini dəstəkləyir. Qeyd edək ki, Bolqarıstan IGB interkonnektoru ilə 2020-ci ildən etibarən ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Azərbaycan təbii qazı “Trans-Adriatik” (TAP) qaz boru kəməri ilə 2020-ci ildə Avropaya çatdırılacaq. Həmin qazı Bolqarıstana nəql edəcək IGB interkonnektoru isə 2019-cu ilin sonunda hazır olacaq. 2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının dörddəbirini ödəyəcək. IGB qaz boru kəmərinin Şimal-Şərqi Yunanıstanın Komotini bölgəsində və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsində çıxış nöqtəsi olacaq, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradılacaq. 185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malik olacaq və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır