Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

AP dünya enerji bazarında Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirə

Transanadolu qaz kəməri (TANAP) istismara veriləndən sonra dünya enerji bazarında Azərbaycan və Türkiyənin mövqeləri daha da güclənəcək. Bu barədə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Türkiyə həmişə bu layihənin reallaşdırılmasına nikbin yanaşıb: “TANAP-a heç vaxt hansısa layihənin alternativi qismində baxılmayıb. Öz növbəsində, Transanadolu qaz kəmərinin başqa alternativi yoxdur”. Qeyd edək ki, 2015-ci ildə təməli qoyulan TANAP-ın tikintisi üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə davam etdirilir. Əvvəlcədən planlaşdırıldığı kimi, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır