Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

C+ hasilatın azaldılması şərtlərinin yumşaldılması imkanını nəzərdən keç

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və hasilatın azaldılması razılığına qoşulan qeyri-OPEC ölkələri neft hasilatının azaldılması şərtlərinin yumşaldılması ehtimalını nəzərdən keçirir. Bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih “Bloomberg” agentliyinə müsahibəsində bildirib. Lakin nazir bununla bağlı hələlik qərar qəbul olunmadığını qeyd edib. “OPEC+ razılığının məqsədi bazarda tarazlıq yaratmaqdır. İyunda Vyanada keçiriləcək görüşə qədər Ruisya və Səudiyyə Ərəbistanı iki görüş keçirməyi planlaşdırır”,-  o əlavə edib. Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Ötən ilin 30 noyabrında  OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub.  Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır