Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

AP Qərblə Şərq arasında körpü hesab ol

TANAP Qərblə Şərq arasında Avropanın enerji təhlükəsizliyini təmin edən körpü hesab olunur. Bu barədə Cozef Fillipsin Business Excellence nəşrində dərc olunan məqaləsində deyilir. C.Fillipsin qeydinə görə, Transadriatik boru kəmərinə qoşulacaq TANAP Avropa ölkələrinin həyatında yeni səhifə olacaq. Müəllifin fikrincə, TANAP uzun müddət Avropanın ən vacib investisiya layihəsi adına namizəd ola bilər. C.Fillips layhənin ekoloji tərəfinə də toxunaraq qeyd edib ki, TANAP boru kəməri marşrutu boyunca aparılan ətraflı tədqiqatlar nəticəsində daha əvvəl bilinməyən 9 fauna və 1 flora növü aşkar edilib. Həmçinin 148 arxeoloji sahə müəyyən olunaraq elm dünyasına qazandırılıb. Qeyd edək ki, 2015-ci ildə təməli qoyulan TANAP-ın tikintisi üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə davam etdirilir. Əvvəlcədən planlaşdırıldığı kimi, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır