Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

AP qaz kəməri iyunun 12-də işə salın

Transanadolu boru kəmərinin (TANAP) istismara verilməsi mərasimi iyunun 12-də keçiriləcək. Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak deyib. Bundan əvvəl mərasimin iyunun 19-da keçiriləcəyi bildirilirdi. Qeyd edək ki, 2015-ci ildə təməli qoyulan TANAP-ın tikintisi üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə davam etdirilir. Əvvəlcədən planlaşdırıldığı kimi, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır