

Keçən ilin noyabrında saya oturan “Rise Shine” gəmisinin boşaldılmasına başlanılıb
Primoryedə ötən ilin noyabrında fırtına zamanı saya oturan "Rise Shine" gəmisindən Rusiya gömrükçülərinin nəzarəti altında konteynerlərin boşaldılmasına başlanılıb.
“Seanews.az” ”korabel.ru”-ya istinadən xəbər verir ki, gəmidən çəkisi 1,6 min tondan çox olan 199 konteyner boşaldılacaq.
Gəmi 2021-ci il noyabrın 5-də Çindən Naxodkaya gəlib. Konteynerlərdə Belarus və Rusiya alıcıları üçün əsasən avtomobil hissələri, eləcə də istehlak malları - tozsoranlar, fitinqlər, printerlər, uşaq bezləri, uşaq arabaları və s. var. Konteynerlər Astafyev terminalının müvəqqəti saxlama anbarına yerləşdiriləcək. Mallar bəyan edildikdən sonra alıcılarının ünvanına göndəriləcək.
Panama bayrağı altında üzən konteyner gəmisi noyabrın 9-da Naxodka sahillərində saya oturub. Gəminin heyəti - 14 Çin vətəndaşı təxliyə edilib, keçən il dekabrın ortalarında isə bütün dənizçilər vətənlərinə uçublar.