Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

übdə AÇG blokundan neft hasilatı 118 quyudan həyata keçir

2018-ci ilin I rübündə “Azəri-Çıraq-Günəşli” blokundan (AÇG) neft hasilatı 118 istismar quyusundan həyata keçirilib. Bu barədə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) mətbuat xidmətindən məlumat verilib. «Hesabat dövründə müqavilə blokunda 5 neft hasilat quyusu qazılıb. 2018-ci il martın sonuna AÇG-də ümumilikdə 118 neft hasilat quyusu və 52 qaz və su-injektor quyusu istismarda olub», – deyə məlumatda bildirilir. AÇG blokunun işlənməyə başladığı dövrdən indiyədək 3,3 mlrd. bareldən çox neft hasil edilib. Xəbər verildiyi kimi, 2018-ci ilin I rübündə ABƏŞ “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 7 mln. ton neft hasil edib. “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb. Yeni müqavilə üzrə BP (Britaniya – layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir. İnterfax


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır