

“BP Azerbaijan” cari ildə SOCAR-a 2,2 milyard kubmetr səmt qazı verib
Yanvar-sentyabr aylarında “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan”dan bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır