Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

AR bu il 115 min metr qazma işi gö

Cari oktyabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11 min 284 metr qazma işi həyata keçirilib. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu sahədə görülmüş işlərin 10 min 343 metri istismara, 941 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-oktyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 114 min 909 metr qazma işi görülüb. Bunun da 106 min 593 metri istismara, 8 min 316 metri isə kəşfiyyata aid olub. Cari ilin oktyabr ayında proqnozlaşdırılan 7 quyuya qarşı faktiki olaraq 10 quyu qazmadan alınaraq mədənçilərə təhvil verilib. Quyulardan 2-si “Neft Daşları”, 2-si “Qərbi Abşeron”, 2-si “Pirallahı”, qalanları isə “Bulla-dəniz”, “Qaradağ”, “Səadan” və “Darvin bankası” yataqlarında qazılıb. Ümumiyyətlə ilin əvvəlindən bəri 66 quyuda qazma işləri uğurla başa çatdırılaraq təhvil verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır