Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Cari ilin altı ayında Ceyhan dəniz limanından 100 milyon barelə yaxın neft nəql olunub

Cari ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan dəniz limanından 99 milyon 95 min 854 barel xam neft nəql olunub.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Adananın Ceyhan rayonundakı Heydər Əliyev adına dəniz terminalına çatan Azərbaycan nefti Türkiyənin BOTAŞ şirkəti tərəfindən tankerlərlə dünya bazarına çatdırılır. 2006-cı ildən 2020-ci ilin sonunadək Ceyhandakı dəniz terminalından ümumilikdə 3 milyard 571 milyon 15 min 467 barel xam neft daşınıb. Qara qızıl dünya bazarlarına 4659 tankerlə çatdırılıb.

Anadolu Agentliyinin bu barədə hazırladığı infoqrafikada Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatların işlənilməsinə dair imzalanmış “Əsrin müqaviləsi” və ona bağlı digər layihələr, xam neftin nəqlinə dair göstəricilər və s. barədə ətraflı məlumat verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır