Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

Günəşli” yatağında yeni quyu istismara ver

“Günəşli” yatağında yüksək debitli yeni quyu istismara daxil edilib. “Azneft” İstehsalat Birliyindən (İB) bildirilib ki, Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatına başlanılmasının 68 yaşı tamam olduğu gün birlik daha bir uğura imza atıb. “Azneft” İstehsalat Birliyi tərəfindən istismar edilən neft-qaz yataqları sırasında öz zənginliyi ilə seçilən “Günəşli” yatağında beynəlxalq standartların tələblərinə uyğun görülmüş qazma, tikinti və mənimsəmə işləri uğurla başa çatmış və yüksək debitli 29 nömrəli kəşfiyyat quyusu istismara verilib. Quyuda qazma sahəsində ən mütərəqqi beynəlxalq texniki və texnoloji yeniliklərdən istifadə edilib. “Günəşli” yatağındakı yeni istismara verilmiş 7 saylı dərin dəniz özülündən qazılan kəşfiyyat quyusunun istismara təhvil verilməsi istiqamətində aparılmış işlər uğurla nəticələnib, Qala lay dəstəsi-3 horizontunun 3784-3760 metr dərinlik intervalına süzgəclər açılıb. Mənimsəmə-sınaq işləri nəticəsində, ilkin olaraq 30-50 ton arası kondensat və 200 min kubmetr qaz hasilatı ilə mənimsənilməyə başlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır