Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

D TANAP-ın tikintisi üçün maliyyə vəsaiti ayı

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Cənub Qaz Dəhlizi” QSC-yə 500 milyon dollar maliyyə ayırıb.  Bu barədə EBRD-nin yaydığı yazılı açıqlamada bildirilib.  Məlumata görə,  kredit Azərbaycan şirkətinə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisi məqsədilə ayrılıb.  Açıqlamada EBRD-nin İdarə Heyətində “Cənub Qaz Dəhlizi” QSC-yə TANAP-ın tikintisi məqsədilə 500 milyon dollar kredit ayrılması barədə qərarın təsdiqləndiyi vurğulanıb.  Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılıb. Onun səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.  Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır