Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

BP 2021-ci ildə “Şahdəniz”də 5 hasilat quyusu istifadəyə verməyi planlaşdırır

“BP-Azerbaijan” şirkəti (layihənin texniki operatoru – İF-Az) 2021-ci il ərzində Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” qaz-kondensat yatağında 5 hasilat quyusu istifadəyə verməyi planlaşdırır.

“İndiyədək “Şahdəniz” yatağında 32 quyu qazılıb, onlardan 11-i “Mərhələ-1” layihəsi çərşivəsində və planlaşdırılan 26-dan 21-i “Mərhələ-2” çərçivəsində qazılıb. Bütövlükdə, hazırda 19 hasilat quyusu istifadə mərhələsindədir, onlardan 8-i “Mərhələ-2” çərçivəsində qazılıb. Yatada daha 5 quyu 2021-ci ildə istifadəyə veriləcək”, - “İnterfaks-Azərbaycan”a “BP-Azerbaijan”dan bildiriblər.

Şirkətin məlumatına görə, “Şahdəniz” yatağında qazılan hasilat quyuları bp-nin bütün dünya üzrə ən produktiv quyuları sırasına daxildir. Bu yataqda ən produktiv quyunun sutkalıq debiti 36 min barel təşkil edir.

“Yatağın hasilat sisteminin mövcud gücü sutkalıq 58 milyon kubmetr qaz və ya illik 21 milyard kubmetr təşkil edir. “Şahdəniz” yatağının “Mərhələ-2” çərçivəsində hasilatın maksimum stabil səviyyəsi zamanı illik 16 milyard kubmetr qaz hasil olunacaq. Birinci mərhələdən hasilatın həcmi ilə birlikdə yataqda ümumi hasilat illik 26 milyard kubmetr qaz və sutkalıq 100 min barreldən çox kondensat təşkil edəcək”, - şirkət qeyd edir.

2006-cı ilin sonundan 2021-ci ilin birinci rübün sonunadək “Şahdəniz” yatağından qaz hasilatının ümumi həcmi 140 milyard kubmetr və təqribən 33 milyon ton kondensat, ixrac – 96 milyard kubmetr qaz tə.kil edib.

“2021-ci ilin birinci rübün sonuna “Şahdəniz” yatağının işlənməsinə kapital qoyuluşları $27 milyard təşkil edib”, - şirkətdən məlumat veriblər.

Xəbər verildiyi kimi, 2020-ci ildə “BP-Azerbaijan” “Şahdəniz” yatağından 18,1 milyard kubmetr qaz (artım 7,7%) və 3,6 milyon ton kondensat (artım 2,8%) hasil edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır