Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-19,
Seanews
Heyder Eliyev

SOCAR Ukraynada gəmilər üçün yeni yanacaqdoldurma məntəqələri açıb

SOCAR Ukraynadakı nümayəndəliyi olan “SOCAR Energy Ukraine” şirkəti iki neft bunker gəmisini - kiçik və ortaölçülü gəmilərin yanacaqla doldurulması üçün hazırlanmış su doldurma stansiyalarını işə salıb.

Bu barədə şirkətdən məlumat verilib.

Yanacaqdoldurma məntəqələrindən (YDM) biri Kiyevdə “Muromets” parkının ərazisində, ikincisi isə Odessa vilayətində, “Savinyon” yaxt-klubunun akvatoriyasında yerləşir.

Qeyd edək ki, “SOCAR Energy Ukraine” SOCAR-ın törəmə şirkətidir. SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Hazırda premium-klass yanacaqdoldurma məntəqələri şəbəkəsinə 60-a yaxın kompleks və 4 neft bazası daxildir, onlar Ukraynanın 11 vilayətində fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır