Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

İlin ilk rübündə Azərbaycan Belarusa 4 tanker neft göndərib

Belarus 2021-ci ilin birinci rübübdə Azərbaycandan 360,1 min ton neft alıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

"Cari ilin birinci rübündə 360,1 min ton ümumi həcmdə Azərbaycan nefti 4 tanker ilə Belarusa göndərilib. İki tanker Türkiyənin Ceyhan limanından, daha iki tanker – Gürcüstanın Supsa limanından göndərilib", - Əhmədov bildirib.

O, həmçinin məlumat verib ki, apreldə SOCAR tərəfindən Belarusa neft nəql olunmayıb və “yaxın zaman üçün sorğular daxil olmayıb”.

Xəbər veruildiyi kimi, “SOCAR Trading” şirkəti Belarus tərəfi ilə 2021-ci ildə təxminən 1 milyon ton neftin tədarükünə dair müqavilə bağlayıb. “SOCAR Trading” 2020-ci ilin mart ayında Belarusun "Belneftexim" konserninə neft tədarük etməyə başlayıb.

Ümumilikdə 2020-ci il ərzində SOCAR tərəfindən "Belneftexim"ə 1 milyon tona yaxın neft göndərilib. Bunun təminən 720 min tonu Azərbaycan nefti, qalanı – qeyri-Azərbaycan neftidir.

Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır