

Azərbaycan nefti yenidən bahalaşıb
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,5 ABŞ dolları və ya 0,78% artaraq 64,75 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır