Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Şahdəniz”dən hasilat bərpa ed

“Şahdəniz” qaz-kondensat yatağından hasilat bərpa olunub. Bu barədə “Şahdəniz” yatağının işlənməsi layihəsinin əməliyyatçısı BP şirkətindən məlumat verilib. Bildirilib ki, “Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz Mərhələ 1” platformasında, Səngəçal terminalındakı “Şahdəniz” qurğularında və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemində planlaşdırılmış profilaktik işlər proqramı yekunlaşıb. Bu işlər, müntəzəm inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi üçün həyata keçirilib. Qeyd edilib ki, işlər uğurla və təhlükəsiz yekunlaşıb, bütün sistem tam gücünə çatdırılıb. “Şahdəniz”dən Türkiyə və Gürcüstana qaz ixracı da bərpa olunub. Xatırladaq ki, bu il avqust ayının 14-dən başlayaraq “Şahdəniz Mərhələ 1” platformasından planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması üçün hasilat dayandırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır