Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

veçin “IKM Cleandrill” şirkəti “Abşeron”da əməliyyatlara başlay

Norveçin “IKM Cleandrill” şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağında fəaliyyətə başlayacaq. Bu barədə şirkətin məlumatında deyilir. Bildirilir ki, “IKM Cleandrill” 2018-ci ilin əvvəlində Azərbaycanda Xəzər dənizində ilk dəniz əməliyyatlarına başlayacaq. Bununla bağlı şirkət “Total E&P ABSHERON BV” ilə müqavilə imzalayıb. “IKM Cleandrill” “Abşeron” qaz-kondensat yatağında qazma işlərinə cəlb olunacaq, müxtəlif texnologiya və avadanlıqlar tətbiq edəcək. Xatırladaq ki, “Total” şirkəti “Abşeron” layihəsinin operatorudur. Şirkətin Azərbaycan üzrə regional icraçı direktoru Denis Lemarşal “Abşeron” qaz-kondensat yatağında ilk quyunu bu ilin sentyabr ayında qazılacağını deyib. Qazma işləri 15 ay davam edəcək. Yataqdan ilk qaz hasilatının 2019-cu ilin sonunda həyata keçirilməsi planlaşdırılır. “Abşeron”dan illik 1,5 milyard kubmetr qaz hasil olunması gözlənilir. Qeyd edək ki, dünyanın yeddi supermajor neft şirkətindən biri olan “Total”ın əsası 1924-cü ildə “Fransız neft şirkəti” adı altında qoyulub. 130-dan çox ölkədə fəaliyyət göstərən “Total” ötən il Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır