Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-09,
Seanews
Heyder Eliyev

Neft Daşları”ndakı 1778 saylı meydança əsaslı təmir ed

Azərbaycan Dövlət Neft Şirkətinin“Azneft” İstehsalat Birliyinin istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu barədə SOCAR-ın açıqlamasında bildirilir.  Məlumatda deyilir ki, bu günlərdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi 784 kvadratmetr sahəyə malik 1778 saylı meydança əsaslı təmir olunaraq istismara verilib. “Neftqaztikinti” Trestinin həyata keçirdiyi əsaslı təmir işləri zamanı 33 ədəd möhkəmləndirici svay vurulub, 26 ədəd rigel praqon, 21 ədəd metal ferma, suüstü metal əlaqələr və 40 ədəd oturacaq quraşdırılıb, 110 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası meydançanın tikinti normalarına və qaydalarına uyğunluğunu yoxlayıb və istismara qəbul edib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır