Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

SOCAR-AQŞ” “Qərbi Abşeron” yatağının dayazsulu hissəsində yeni quyu qa

“SOCAR-AQŞ” MMC “Qərbi Abşeron” yatağının dayazsulu hissəsində yeni quyunun qazma işlərinə başlayıb.  “SOCAR-AQŞ” MMC-dən verilən məlumata görə, 33 saylı quyu 20 saylı dəniz özülündən qazılıb. Quyunun layihə dərinliyi 730 metrdir. Quyu QirməkiAltıLay Dəstəsinə qazılacaq. Quyu SOCAR-ın “Azneft” İstehsalat Birliyi tərəfindən qazılır. “Qərbi Abşeron” yatağının ehtiyatları 10 mln. ton neft həcmində qiymətləndirilir. “SOCAR-AQŞ” MMC SOCAR və “Absheron Drilling Company” (“Abşeron Qazma” Şirkəti) tərəfindən qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Hazırda “SOCAR-AQŞ” “Günəşli” yatağının dayazsulu hissəsi 7 və 11 saylı paltformalarda, “Ümid” yatağında 6 saylı platformada, “Qərbi Abşeron” yatağında 20 saylı platformada qazma işləri həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır