Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

2021-ci ildə "Şahdəniz" qaz-kondensat yatağında hasilat artacaq

2021-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında hasilat həcmi 21,3 milyard kubmetr səviyyəsində gözlənilir.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsi barədə rəyində deyilir.

Qeyd olunur ki, 2020-ci ildə 18,4 milyard kubmetr, 2019-cu ildə 16,8 milyard kubmetr qaz hasilatı proqnozlaşdırılırdı.

Eyni zamanda, bu il "Şahdəniz" yatağından 32,5 milyon barel kondensatın hasil olunması proqnozlaşdırılır. 2020-ci ildə bu göstərici 29,2 milyon barel, 2019-cu ildə 28,6 milyon barel təşkil edirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır