Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Palçıq pilpiləsi”ndəki özül əsaslı təmirdən sonra istismara ver

“Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi “Palçıq pilpiləsi” yatağındakı 1183 nömrəli stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib. SOCAR-ın mətbuat xidmətindən  bildirilib ki, şirkətin “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 3 ədəd müxtəlif ölçülü metal lövhə, 18 ədəd oturacaq, suüstü əlaqələr, eləcə də 67,5 kvadratmetr sahəyə 15 ədəd dəmir-beton tava, 716,5 kvadratmetr sahəyə polad vərəqə quraşdırılıb, pilləkənlər və məhəccər çəpəri tikilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır