Qərbi Abşeron” yatağında yeni quyu qazı
“Qərbi Abşeron” yatağında 54 nömrəli stasionar dəniz özülündən 36 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə “seanews.az” Azərbaycan Dövlət Neft Şirkətinə istinadən xəbər verir. Məlumata görə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Trestinin Qirməki Lay Dəstəsinə qazdığı quyunun layihə dərinliyi 770 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır