Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-09,
Seanews
Heyder Eliyev

zident İlham Əliyev: “Şahdəniz-2″ layihəsinin icrası 93%-ə çatı

“Dünya miqyasında ən böyük qaz yataqlarından biri olan və Azərbaycana məxsus “Şahdəniz” 1-1,2 trln. kubmetr ehtiyata malikdir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev  İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib. Dövlət başçısı deyib ki, yataq bu gün “Cənub Qaz Dəhlizi” layihəsinin resurs bazasının əsasını təşkil edir.  Prezident bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi 4 komponentdən ibarətdir: “Birinci hissə “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz-2” layihəsinin icrası 93%-ə çatıb, yaxın aylarda isə tam başa çatacaq. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz Boru Kəməridir. Burada da işlər 87% səviyyədə tamamlanıb. Üçüncü, ən əsas olan TANAP-da tamamlanma səviyyəsi 77%-dir. Gələn il bu layihəni istismara verməyi planlaşdırırıq. Nəhayət, dördüncü hissə TAP layihəsidir.   Burada da icra səviyyəsi 44% səviyyəsindədir. “Cənub Qaz Dəhlizi”nin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, artıq bu sərmayənin böyük hissəsi qoyulub”. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trln. kubmetrdir. Gələcək on illiklər ərzində Azərbaycan qazı həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcək. Apa


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır