Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Türkiyə Qara dənizdə daha 85 milyard kubmetr qaz ehtiyatı aşkarlayıb

Türkiyə Qara dənizdə daha 85 milyard kubmetr təbii qaz ehtiyatı kəşf edib.

“Seanews.az” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan "Fatih" qazma gəmisinə gedərək məlumatı ictimaiyyətə açıqlayıb.

O bildirib ki, "Fatih" qazma gəmisinin kəşfiyyatları nəticəsində bundan öncə 21 avqustda Qara dənizdə 320 milyard kubmetr təbii qaz ehtiyatının aşkarlandığını açıqlamışdıq. Hazırkı kəşfdən sonra isə Sakaryanın Tuna 1 bölgəsindən tapılan qaz ehtiyatının ümumi həcmi 405 milyard kubmetrə çatıb.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, hədəf 2023-cü ildə Qara dəniz qazını millətimizə təqdim etməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır