Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Odessada boşaldılır

Azərbaycan neftini Belarusa daşıyan növbəti tanker Odessa limanında boşaldılmağa başlanılıb.

Bu barədə jurnalistlərə“Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.

“Tanker dünən Odessanın Cənub limanına gəlib və boşaldılmağa başlanılıb”, - deyə A.Tişenko bildirib.

Onun sözlərinə görə, neft Mozır neft emalı zavoduna Odessa-Brodı boru kəməri vasitəsilə çatdırılacaq. Ümumilikdə təxminən 95 min ton həcmində nefti daşıyan tanker sentyabr ayının sonunda Türkiyənin Ceyhan limanından yola salınıb.

Bildirilir ki, Belarus neft emalı zavodları oktyabr ayında 1,7 milyon ton neft emal etməyi planlaşdırırlar ki, bura 1,65 milyon ton Rusiya nefti də daxildir. Bu neftin həcmlərinin 80min tonu dəmir yolu ilə tədarük ediləcək.

Bundan öncə “Belneftexim” konserninin sədri Andrey Rıbakov bildirmişdi ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ildə Belarusa 1 milyon tona qədər neft tədarük edə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır