Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib

Azərbaycan iyulda gündəlik 554,1 min barrel xam neft hasil edib.

Energetika Nazirliyindən  bildirilib ki, cari ilin iyulunda ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 650,1 min barrel olub. Bunun 554,1 min barrelini xam neft, 96 min barrelini isə kondensat təşkil edib. Xam neftin 435,1 min barreli "Azəri-Çıraq-Günəşli" (AÇG) , 119 min barreli isə SOCAR (Azneft" İB, BM və ƏŞ) üzrə hasil edilib.

"OPEC +" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan iyulda sutkada xam neft hasilatını 163,9 min barrel azaldıb.

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabrında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin may-iyul aylarında xam neft istehsalını sutkada 164 min barrel azaltmaqla 554 min barrel həcmində saxlamalı idi. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabrındakı səviyyələrdən AÇG-də 567 min barreldən azaldılaraq 434 min barreldə, SOCAR (Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 120 min barrel həcmində saxlanılmalı idi.

Qeyd edək ki, aprelin 12-də "OPEC +" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 9,7 milyon barrel azaldılması ilə bağlı birinci mərhələsi iyulun 31-də başa çatıb. Razılaşmanın avqust 1-dən dekabrın 31-dək tarixləri əhatə edən ikinci mərhələsində "OPEC +" ölkələri üzrə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr səviyyəsindən 18 faiz az olmaqla 7,7 milyon barrel azaldılacaq. Bu dövrdə Azərbaycan müvafiq olaraq gündəlik xam neft hasilatını 131 min barrel azaldaraq 587 min barrel həcmində saxlamalıdır. Başqa sözlə, bu müddətdə Azərbaycanın gündəlik xam neft hasilatı ilə bağlı məhdudiyyətləri əvvəlki üç ayla müqayisədə 33 min barrel azalacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır