Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

t hasilatının azaldılmasına dair razılaşmanın müddəti uzadıla

Bu gün Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının  172-ci iclası keçiriləcək. İclas ərəfəsində növbəti aylar üçün neft hasilatının həcmi ilə bağlı mühüm tövsiyə verilib. OPEC və qeyri-OPEC ölkələrinin birgə komitəsi bu gün keçirilən məsləhətləşmələrdən sonra neft hasilatının limitlənməsinə dair qərarı daha doqquz ay müddətinə – 2018-ci ilin mart ayının sonunadək uzatmağı tövsiyə edib. Komitə adından verilən açıqlamada hasilatın cari vəziyyətə uyğunlaşdırılmasına riayət olunmasından məmnunluq ifadə edilib. Qeyd edək ki, bu ilin yanvar ayından 13 OPEC ölkəsi və 11 qeyri-OPEC ölkəsi neft hasilatının həcmini ümumilikdə 1,8 milyon barrel azaldıb. Hasilatın azaldılması dünya bazarlarında xam neftin qiymətinə müsbət təsirini göstərib. Bu gün  isə  növbəti aylar üçün neft hasilatı üzrə strategiya müzakirə olunacaq. Analitiklər hasilatının həcminin hazırkı vəziyyətdə saxlanması barədə qərar qəbul olunacağını ehtimal edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır