Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

SOCAR Belarusa avqustda daha 85 min ton Azərbaycan nefti tədarük edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusa növbəti partiya neft tədarük edəcək.

“Report”un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Belarusun “Belneftexim” dövlət konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.

Onun sözlərinə görə, Belarusa göndəriləcək Azərbaycan neftinin növbəti partiyasının həcmi 85 min ton təşkil edəcək.

A.Tişenko bildirib ki, tankerin Ukraynanın Odessa limanına gəlişi avqustun əvvəlinə gözlənilir: “Avqustun tədarük planına uyğun olaraq, “AzeriLigth” markalı neftlə doldurulmuş neftin Gürcüstanın Supsa limanından iyulun 31-də – avqustun 1-də yola salınması nəzərdə tutulub. Tankerin “Cənub” limanına avqustun 3-5-də çatması gözlənilir”.

Xatırladaq ki, iyunun 30-da SOCAR Belarusa yeni partiya Azərbaycan neftini göndərib. İyunun 25-26-da Gürcüstanın Supsa limanından Belarusa növbəti partiya Azərbaycan nefti yola salınıb. Göndərilən Azərbaycan neftinin həcmi 85-90 min ton təşkil edib.

2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 milyon tona qədər neft nəql etməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır