Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ABŞ-dan Belarusa göndərilən neft limana çatıb

ABŞ-dan Belarus üçün yola salınan, təxminən, 80 min tonluq neft tankeri Litvanın Klaypeda dəniz limanına çatıb.

“Report” xəbər verir ki, bunu Belarusun “Belneftexim” dövlət şirkətinin mətbuat katibi Aleksandr Tişenko "RİA Novosti” agentliyinə bildirib.

 “İyunun 5-də saat 23:00-da “Bakken” markalı 77 min ton ABŞ nefti Klaypeda dəniz limanına çatdırılıb. Bundan sonra neft dəmiryolu vasitəsi ilə Belarusun Novopolski neft emalı zavoduna daşınacaq”, - o vurğulayıb.

Qeyd edək ki, 2020-ci il fevralın 1-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüşdə əldə edilən razılığın nəticəsi olaraq artıq Belarus ABŞ-dan neft tədarük etməyə başlayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır