Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Ötən il AÇG-də gündəlik neft hasilatı 535 min barel olub

2019-cu ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda ümumi hasilat səviyyəsi gündə 535 min barel təşkil edib.

“Report” bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir.

Məlumata görə, indiyədək AÇG yatağı Azərbaycan hökuməti üçün ümumilikdə 45 milyard kubmetrdən artıq səmt qazı təmin edib.

AÇG üzrə ilk müqavilənin imzalanmasından etibarən yatağının işlənməsinə təxminən 38 mlrd. ABŞ dollar həcmində sərmayə qoyulub.

Qeyd edək ki, ilkin olaraq AÇG üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. 2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb. İlk neft 7 noyabr 1997-ci il tarixində “Çıraq” yatağından hasil edilib.

AÇG yatağında hazırda səkkiz dəniz platforması mövcuddur. Bunlardan altısı hasilat platforması və ikisi isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat platformasıdır. AÇG yatağının növbəti işlənmə layihəsi olan “Mərkəzi-Şərqi Azəri” (AMŞ) layihəsi hazırda icra mərhələsindədir və burada ilk neftin 2023-cu ildə hasil olunacağı gözlənilir.

Hasil edilmiş neft və qaz həcmləri platformalardan dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql edilir.

2018-ci ildə AÇG-də gündə orta hesabla 584 min barel neft hasil edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır