• Bakı, 2019-11-19,
Seanews
Heyder Eliyev

"Star Rafineri" yarım ildə 940 min tondan çox neft məhsulları ixrac edib

SOCAR tərəfindən n Türkiyənin Əliağa yarımadasında inşa edilən “Star Rafineri” neft emalı zavodu bu ilin birinci yarısında 942,6 min tona yaxın neft məsulları ixrac edib.

Yarım il ərzində zavodun ixrac üzrə ən yüksək göstəricisi may ayında qeydə alınıb və 319,02 min ton təşkil edib.

Məlumata əsasən, yanvar-iyun aylarında NEZ Türkiyənin daxili bazarına 229,08 min tona yaxın neft məhsulları yönəldib.

Qeyd edək ki, “Star Rafineri” neft emalı zavodu ötən ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən “Star” ildə 10 mln. ton neft emal edəcək.

APA


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır