

Qlobal LNG istehsalı 2035-ə qədər 950 milyon tona çata bilər
Tələbatın artması və yeni layihələrin reallaşması nəticəsində 2035-ci ilə qədər qlobal mayeləşdirilmiş təbii qaz (LNG) istehsal gücü illik 950 milyon tona çata bilər.
"Seanews.az" xəbər verir ki, bunu "Baker Hughe"s şirkətinin baş icraçı direktoru Lorenzo Simonelli “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
O, LNG-yə olan tələbatın xüsusilə Çin, Cənub-Şərqi Asiya və Avropada sürətlə artdığını və bunun qlobal istehsalı təşviq edən əsas faktor olduğunu vurğulayıb.
Simonelli əlavə edib ki, Səudiyyə Ərəbistanı, ABŞ və Əlcəzair sıvılaşdırma infrastrukturu üçün potensial artım bazarları kimi ön plana çıxır.
2024-cü ildə dünya üzrə LNG istehsal gücü 492 milyon ton səviyyəsində qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır