Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Türkiyədə gələn il 270 neft-qaz quyusunun qazılması planlaşdırılır

Türkiyə gələn il neft-qaz kəşfiyyatı və hasilatı məqsədilə 270 quyu qazmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu qərar Prezidentin imzaladığı 2025-ci il üçün Fəaliyyət Proqramında öz əksini tapıb.

Türkiyə Maliyyə Nazirliyinin iştirakı ilə hazırlanan Proqrama əsasən, ölkədə neft hasilatının həcmi sutkada 172 min barelə, təbii qaz hasilatının həcmi isə ildə 3 milyard kubmetrə çatdırılacaq.

Türkiyənin cənub-şərqindəki Qabar dağı bölgəsində 2021-ci ildə kəşf edilən ölkənin ən böyük neft yatağının ehtiyatları 867 milyon barel olaraq qiymətləndirilir. 2024-cü ilin sentyabrında bu sahədə artıq 50 quyu qazılıb və “qara qızıl” hasilatının həcmi sutkada 48,1 min barel təşkil edib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar oktyabrın əvvəlində ölkə üzrə ümumi neft hasilatının sutkada 110 min barrelə çatdığını bildirib.

2023-cü ilin sonunda Türkiyədə qaz hasilatı ötən illə müqayisədə 109 faiz artaraq 852 milyon kubmetrə çatıb ki, bu da ölkənin tələbatının 1,7 faizini ödəməyə imkan verib. Bu ilin sonuna qədər Türkiyədə “mavi yanacaq” hasilatı həcminin 2,8 milyard kubmetrə çatacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır