Yanvar-martda Ceyhan limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb
2023-cü ilin yanvar-mart aylarında Türkiyənin Adana şəhərində yerləşən Ceyhan limanı 4 milyon 41 min 164 ton yük qəbul edib.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 90 min 802 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 3 milyon 950 min 362 ton yük daşınıb.
“2023-cü ilin yanvar-mart aylarında Türkiyənin Ceyhan limanından 11 milyon 213 min 322 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır