Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-09,
Seanews
Heyder Eliyev

C Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqla

2018-ci ilin sonuna Azərbaycanda orta gündəlik neft hasilatının həcminin dəyişməyərək 800 min barel olacağı proqnozlaşdırılır. Bu barədə OPEC-in dekabr ayı üzrə hesabatında qeyd edilib. Hesabata əsasən, OPEC+ çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, 2019-ci ildə ölkədə gündəlik neft hasilatının 20 min barel azalaraq 780 min barel olacağı gözlənilir. OPEC-in bundan əvvəlki aylıq hesabatında Azərbaycanda gələn il üçün gündəlik hasilatın 10 min barel azalaraq 790 min barel olacağı proqnozlaşdırılırdı. Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaq öhdəliyi götürmüşdü. Cari ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb. Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır