Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-09,
Seanews
Heyder Eliyev

2019-cu il üçün Azərbaycanda yeni buruqların qazılması ilə bağlı planlarını açıqla

BP şirkəti 2019-cu ildə Azərbaycanda neft-qaz yataqlarında 4 yeni buruğun qazılmasını planlaşdırıb. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. O qeyd edib ki, 2 kəşfiyyat xarakterli buruq Abşeronun dayaz sularında (SWAP layihəsi), biri – “Şəfəq-Asiman” yatağında, digəri isə “Qobustan” onşor yatağında qazılacaq. B.Aslanbəyli bildirib ki, növbəti illər üçün planlar göstərilən qazma işlərinin nəticəsindən asılı olacaq. İstehsalat planlarına gəldikdə isə, mənbənin dediyinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇQ) və “Şahdəniz” kimi ölkənin ən böyük yataqlarından istehsalatı bu ilki səviyyəyə (AÇQ-də sutka ərzində ortalama istehsal 588 min barrel, “Şahdəniz”də isə – 48 milyon kubometr təşkil edib) uyğun saxlanılması nəzərdə tutulub. Qeyd edək ki, BP Azerbaijan “AÇQ”, “Şahdəniz”, “Shallow Water Absheron Peninsula”, “Şəfəq-Asiman” və “Qobustan” yataqlarının operatorudur. Trend


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır