Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

rbaycan noyabrda gündəlik neft hasilatını 801 min barelədək artı

2018-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 801 min barel (oktyabrda 783 min barel) olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir. “Azərbaycanda noyabr ayı ərzində gündəlik neft hasilatı 801 min barel olub. Bunun 733 min barelini xam neft, 68 min barelini kondensat təşkil edib”, – məlumatda bildirilir. Bütövlükdə, Azərbaycan OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə bağlı götürdüyü öhdəliyi noyabrda yerinə yetirib. Razılaşmaya əsasən, Azərbaycan gündəlik neft hasilatının 35 min barelə endirilərək 834 min barel həcmində saxlanması ilə bağlı öhdəlik götürüb. 2017-ci ildə respublika üzrə gündəlik neft hasilatı 781,9 min barel olub. Gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında 792 min barel, iyul ayında 773 min barel, avqust ayında isə 774 min barel, sentyabr ayında 796 min barel, oktyabrda 783 barel olub. Həmçinin məlumat verilib ki, noyabr ayında gündəlik 605 min barel xam neft, 68 min barel kondensat, 6 min barel isə neft məhsulları ixrac edilib. Xəbər verildiyi kimi, 2018-ci il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır