Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

AR: “Abşeron”dakı quyuda 6 min metrdən çox qazma işi aparı

“Abşeron” qaz-kondensat yatağındakı “ABD001” quyusunda 6 min metrdən çox qazma işi aparılıb. Bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusu SOCAR və “Total” şirkətlərinin pay sahibi olduğu “Abşeron” qaz-kondensat yatağında qazma işlərini davam etdirir. İndiyədək “ABD001” quyusunda 6000 metrdən çox qazma işi aparılıb. Qeyd edək ki, “Abşeron” qaz-kondensat yatağının operatorluğunu “Abşeron Neft” Birgə Müəssisəsi (Join Operating Company Absheron Petroleum – JOCAP) həyata keçirir. Heydər Əliyev adına yarımdalma qazma qurğusu hazırda “Abşeron” yatağında qiymətləndirmə və hasilat quyusunu qazır. “Total” şirkəti ilə birgə aparılan qazma işləri gələn il başa çatacaq. Yataqdan ilk hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur. “Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən “Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının – 326 milyard kubmetr qaz və 108 milyon ton kondensat olduğunu təsdiqləyib. İlkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, 2022-2023-cü illərdə 5 milyard kubmetr qaz hasilatının nəzərdə tutulur. Yataqdan gündəlik 150 milyon kubmetrə yaxın, ildə isə təqribən 1,5 milyard kubmetr qaz yerli bazara çıxarıla biləcək. “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır