Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-20,
Seanews
Heyder Eliyev

SOCAR AQŞ” “Günəşli” yatağında növbəti quyuda qazma işlərinə başla

“SOCAR AQŞ” “Günəşli” (dayazsulu) yatağındakı 7 saylı stasionar dəniz özülündən 328 saylı quyuda qazma işlərinə başlayıb. 328 saylı quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2800 metr təşkil edir. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir. Qeyd edək ki, “SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda “SOCAR AQŞ” daya sulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla” yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır. “SOCAR AQŞ”nin səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır