Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-20,
Seanews
Heyder Eliyev

cəzair Aralıq dənizində neft axtar

Əlcəzair ilk dəfə Aralıq dənizində neft axtaracaq. Əlcəzairin “Sonatrach” şirkəti Aralıq dənizi sularında neft axtarışı üçün Fransanın “Total” və İtaliyanın “Eni” şirkətləri ilə müqavilə imzalayıb. Müqaviləyə görə, ölkənin şərq və qərb sahillərində 2 müxtəlif bölgə olmaqla ümumilikdə 25 min kilometrlik sahədə neft axtarışı aparılacaq. Müqavilə üzrə “Sonatrach” 50 faiz, “Eni” və “Total” şirkətləri isə 25 faiz maliyyə təminatı həyata keçirəcək. Bundan başqa, “Sonatrach” və “Eni” şirkətləri Əlcəzairin cənub-şərqində neft-qaz yataqlarının işlənməsi üçün 1,1 milyard dollarlıq müqavilə imzalayıblar. Bu razılaşmaya əsasən, sözügedən regionda neft-qaz ehtiyatları yenidən qiymətləndiriləcək, eləcə də Aralıq dənizində seysmik tədqiqatlarla yanaşı, yeni neft quyuları da qazılacaq. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır