Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-10,
Seanews
Heyder Eliyev

Taxıl sazişi çərçivəsində Ukrayna limanlarından 6,2 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib

2022-ci il avqustun 1-dən başlayan taxıl sazişinin icrasına başlanandan indiyədək Ukrayna limanlarından 6,2 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib.

Ölkənin infrastruktur nazirliyinin “Telegram” kanalında belə deyilir.

Xatırladaq ki, 2022-ci ilin iyulunda aparılan danışıqlar nəticəsində Ukrayna limanlarından taxıl ixracına dair iki saziş bağlanıb: bir sənəd Türkiyə, Ukrayna və BMT, ikincisi isə Türkiyə, Rusiya və BMT arasında imzalanıb. Müqavilələrdə kənd təsərrüfatı məhsullarının ixracının üç limandan - Odessa, Çernomorsk və Yujnıdan həyata keçirilməsi nəzərdə tutulur. Sövdələşmə 120 gün müddətində qüvvədə olacaq, sonra uzadılması mümkündür. Müqavilə çərçivəsində avqustun 1-də Ukrayna taxılı olan ilk gəmi Odessa limanını tərk edib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır