Syuanşjou-Vladivostok yeni dəniz marşrutu açılıb
Syuanşjou-Vladivostok yeni dəniz marşrutu fəaliyyətə başlayıb.
“Seanews.az” xəbər verir ki, ilk yük gəmisi Çinin Syuanşjou limanından göndərilib.
Marşruta Syuanşjou şəhərinin Şihu limanı, Quançjou şəhərinin Nanşa limanı və Vladivostok daxildir. Bir tərəfə səfərin müddəti 132 saatdır.
İlk səfərdə Syuanşjoudan ümumi dəyəri 460 min dollar olan 12 konteyner mal göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır