Ventspils limanında 9,29 milyon ton yük aşırılıb
2022-ci ilin yanvar-avqust aylarında Latviyanın Ventspils limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,8% artaraq 9,29 milyon tona çatıb. O cümlədən, 3,5 milyon ton maye yük (12 faiz azalma), 3,15 milyon ton toplu yük (artım 2,5 dəfə) və 1,93 milyon ton ümumi yük (+10,6 faiz) aşırılıb.
“Seanews.az”ın məlumatına görə, bu müddət ərzində gəmilər 908 dəfə limana yan alıb.
Ventspils limanı Venta çayının mənsəbinin yaxınlığında yerləşir və neft, neft məhsulları, maye kimyəvi maddələr, gübrələr, metal, meşə materialı, balıq sənayesi məhsulları, kömür, konteynerlər və Ro-Ro qoşqularının yüklənməsi və boşaldılması üçün terminallarla təchiz edilmişdir.
Qeyd edək ki, 2021-ci ildə limanın yük dövriyyəsi 11 milyon ton təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır